CƏMİYYƏT


Cənubi Qafqaz ölkələri üzrə 1 milyon əhali sayına düşən koronavirus müayinələrinin sayı açıqlanıb

Bakı, 15 may, AZƏRTAC

Cənubi Qafqaz ölkələri üzrə 1 milyon əhali sayına düşən koronavirus müayinələrinin nəticəsinə görə, Azərbaycanda bu rəqəm 21 min 160-a bərabərdir.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, Ermənistanda həmin göstərici 12 min 650, Gürcüstanda isə 9 min 84 təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.