ELM VƏ TƏHSİL


“Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransına tezislər qəbul olunur

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu oktyabrda “Şuşa İli”nə həsr olunan “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransı keçirəcək.

Bu barədə AZƏRTAC-a Qafqazşünaslıq İnstitutundan məlumat verilib.

Konfrans “44 günlük Vətən müharibəsi və Cənubi Qafqazda yeni reallıqlar”, “Cənubi Qafqazda ictimai-siyasi proseslər”, “Böyük və qonşu dövlətlərin Cənubi Qafqaz siyasəti”, “Cənubi Qafqazda Şuşa şəhərinin yeri” bölmələrini əhatə edəcək.

Elmi konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 10-dək [email protected] ünvanına göndərməlidir. Müəlliflər konfransın Elmi Komitəsinin tezislər barəsində qərarı haqqında sentyabrın 15-də məlumatlandırılacaq. Yalnız müsbət rəy alan tezislər qəbul ediləcək.

Tədbirin keçiriləcəyi gün barədə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.