SİYASƏT
Cənubi Qafqazda sülhə və dinc şəraitdə birgə yaşayışa alternativ yoxdur
Tbilisi, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın 44 günlük Vətən müharibəsində işğala son qoyması təkcə bizim ölkəmiz üçün deyil, bütövlükdə regionda yeni reallıqlar yaradıb. Bütün dünya bunu qəbul etməli və bununla barışmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov söyləyib.
E.Bayramov Vətən müharibəsi günlərində Gürcüstanın Azərbaycana mənəvi dəstək nümayiş etdirdiyini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın zəfər yolunda qazanılan təcrübəsi Gürcüstan dövləti və cəmiyyəti üçün də mühüm əhəmiyyət kəsb edir.
Diplomat müharibənin gedişi zamanı həqiqətləri ölkə ictimaiyyətinə çatdıran, işğaldan azad olunan rayonlara səfər edən gürcü jurnalist və ekspertlərə minnətdarlığını bildirib. O, göstərdikləri həmrəyliyə görə Gürcüstanın mətbuat nümayəndələri və ziyalılarına təşəkkür edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi