DÜNYA


Cənubi Sudanda yeni neft yatağı aşkarlanıb

Əddis-Əbəbə, 23 avqust, AZƏRTAC

Cənubi Sudanın şimalında 5,3 milyon barrel ehtiyatı olan yeni neft yatağı tapılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Sudanın Neft naziri Evov Deniel Çuanq mətbuata açıqlama verib.

Nazirin sözlərinə görə, yeni yataqda istehsalata ilin sonunadək başlanılması mümkündür. Yeni neft yatağı ölkənin tarixi regionu olan Yuxarı Nildə, 1997-ci ildən işlənilən “Adar-Yeyl” yatağının yanında yerləşir.

Cənubi Sudan hökuməti 2020-ci il üçün neft hasilatını sutkada 400 min barrelə qədər yüksəltməyi planlaşdırır.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.