Cənubi Xəzər çökəkliyinin palçıq vulkanizmi və karbohidrogen sistemləri haqqında kitab nəşr olunub
AzerTAg.az
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunun Neft və qaz geofizika şöbəsinin müdiri Namaz Yusubov və AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin müəllifliyi ilə rus dilində “Cənubi Xəzər çökəkliyinin palçıq vulkanizmi və karbohidrogen sistemləri” (Qryazevoy vulkanizm i uqlevodorodnıye sistemı Yujno-Kaspiyskoy vpadinı) kitabı çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a Neft və Qaz İnstitutundan məlumat verilib. Bildirilib ki, kitabda Cənubi Xəzər, ona bitişik Aşağı Kür və Qobustan-Abşeron çökəkliklərində palçıq vulkanizminin yaranma mexanizmi haqqında yeni fikir əsaslandırılıb. Adları çəkilən neftli-qazlı çökəkliklərdə istismarda olan yataqların yaranmasında palçıq vulkanizminin əsas rol oynaması haqqında irəli sürülən iddia real geoloji-seysmik məlumatların interpretasiyası əsasında müdafiə edilir. Kitab neft-qaz geologiyası və geofizikası üzrə tədqiqatlarla məşğul olan mütəxəssislər üçün dəyərli məlumat mənbəyidir.

Xəbərin mətnində orfoqrafik səhv var