İDMAN


Cənubi amerikalı sahibkarlar “sprey işi”ndə FIFA-ya qalib gəliblər

Sürix, 31 oktyabr, AZƏRTAC

İki cənubi amerikalı sahibkar cərimə zərbələri zamanı referilərin istifadə etdiyi spreylərin əqli mülkiyyət hüququna dair məhkəmə işində FIFA-ya qalib gəliblər.

AZƏRTAC xəbər verir ki, Braziliyanın Rio de Jeneyro şəhərində yerləşən məhkəmələrdən biri beynəlxalq federasiyanın spreydən istifadə ilə bağlı patent hüququnu pozduğuna dair qərar qəbul edib və spreyin ixtiraçıları – braziliyalı Hayne Allemanye və argentinalı Pablo Silvanın şikayətini təmin edib. Məhkəmənin qərarına görə, FIFA ixtiraçıların məhsulundan heç bir ödəniş etmədən istifadə etməklə aşkar şəkildə qərəzli niyyət güdüb, mənəvi zərər görə ixtiraçılara 50 min real (təxminən 7600 avro), maddi zərərə görə isə məbləği hələ müəyyən edilməli olan qədər vəsait ödəməlidir. FIFA məhkəmənin qərarından şikayət verə bilər.

Qeyd edək ki, ixtiraçılar 2014-cü ildə Braziliyada keçirilən futbol üzrə dünya çempionatı ilə əlaqədar spreydən FIFA-nın sərəncamına veriblər. Bu zaman spreydən istifadəyə görə patentin satın alınmasına dair heç bir razılaşma olmayıb. İddiaçılar məhkəmədə sübuta yetiriblər ki, onlar spreylə bağlı patenti 21 il öncə qeydiyyatdan keçiriblər.

2014-cü il dünya çempionatı bitdikdən sonra FIFA spreydən istifadəni davam etdirib və bununla bağlı ixtiraçılardan heç bir icazə alınmayıb. Hazırda isə onlar FIFA-nın patent üçün təklif etdiyi 500 min ABŞ dolları həcmində vəsaiti rədd edirlər. Onlar artıq 51 ölkədə ixtira etdikləri məhsulu patentləşdiriblər və Braziliyadakı proses tam yekunlaşdıqdan sonra məhkəmə proseslərini davam etdirmək niyyətindədirlər.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Sürix

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.