İDMAN


Cerdan Şakiri İsveçrə futbol tarixinə düşüb

Cerdan Şakiri İsveçrə futbol tarixinə düşüb

Bakı, 3 dekabr, AZƏRTAC

İsveçrə millisinin hücumçusu Cerdan Şakiri ölkə futbol tarixində ilkə imza atıb. Dünya çempionatının qrup mərhələsinin sonuncu turunda Serbiya ilə görüşdə fərqlənən 31 yaşlı futbolçu ardıcıl üçüncü dünya çempionatında qol vurmağı bacarıb.

AZƏRTAC xəbər verir ki, 2010-cu ildə İsveçrə millisində debüt edən futbolçu yığmanın heyətində 110 oyunda 26 qol vurub və 31 məhsuldar ötürmə edib. “Bazel”in yetirməsi olan futbolçu “Bavariya”, “İnter”, “Liverpul” və “Lion”da çıxış edib. Hücumçu hazırda “Çikaqo Fayr” klubunun şərəfini qoruyur.

İsveçrə millisi mundialın pley-off mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq. Oyun dekabrın 6-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.