Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Cərrah Məhəmməd Qafarov: Estetik əməliyyatlar zamanı pasiyentin müraciətinin əsaslılığı zəruri şərtdir

Bakı, 2 avqust, AZƏRTAC 

Hazırda ölkəmizdə plastik cərrahiyyə deyildikdə sadəcə estetik əməliyyatlar nəzərdə tutulur. Lakin bu, çox geniş bir sahədir. Plastik rekonstruktiv və estetik cərrahiyyəyə üz və ya bədənin digər hissələrinin görünüş baxımından dəyişməsi ilə yanaşı, həm də adından göründüyü kimi, bəzi deformasiyaya uğramış hissələrin rekonstruksiyası da daxildir. Estetik-plastik əməliyyatlar bizim icra etdiyimiz işin sadəcə 30 faizini təşkil edir. İşin digər hissəsinə rekonstruksiya, mikrocərrahiyyə daxildir. Biz anadangəlmə müxtəlif anomaliyalar, travmalar və ya xərçəng əməliyyatları sonrası meydana çıxan çatışmazlıqların bərpasını icra edirik. Bundan əlavə, üz də daxil olmaqla bədənin müxtəlif hissələrində görüntü baxımından meydana çıxan problemlər də olur ki, bu da estetik sahəyə aiddir. Mərkəzi Klinika uzun illərdir ağır əməliyyatların uğurla keçirildiyi tibb ocağıdır. Üz-baş-çənə cərrahı olaraq bizim də işimizdə reanimasiya və anesteziya kimi bölmələr böyük rol oynayır. Bunlar da klinikamızda çox yüksək səviyyədə təşkil olunub. Bundan əlavə, klinikada illərin təcrübəsindən keçmiş peşəkar komanda da işləyir ki, bu da çətin əməliyyatların icrasının əsas hissəsini təşkil edir.

Bu fikirləri Mərkəzi Klinikanın plastik rekonstruktiv və estetik cərrahı, uzman-həkim Dr. Məhəmməd Qafarov AZƏRTAC-ın müxbirinin suallarını cavablandırarkən bildirib.

-Xərçəngdən əziyyət çəkənlərin amputasiya olunan bəzi orqanlarının rekonstruktiv əməliyyatları necə aparılır?

-Təbii ki, belə xəstələr əvvəlcə ətraflı müayinə edilirlər. Onkoloqlar və patoloq həkim-mütəxəssislər tərəfindən xəstəliyin diaqnostikası aparılır, mərhələsi, dərəcəsi təyin edilir və əməliyyatdan sonrakı müalicə müddəti təhlil olunur. Xərçəng cərrahiyyəsi zamanı çox vaxt eyni zamanda, bəzi hallarda isə müəyyən vaxtdan sonra funksionallığı qorumaq prinsipi ilə rekonstruktiv əməliyyatlar icra edilir. Əməliyyatdan sonra toxumaların sağalma müddəti, kimya və ya şüa terapiyasının təsiri öncədən təhlil edilir və bunlara uyğun olaraq rekonstruksiyanın aparılması məsləhət görülür.

-Qadınların əksəriyyətində son zamanlar müxtəlif üzgərmə əməliyyatlarına, xüsusən də iplərlə icra olunan prosedurlara maraq artıb. Siz bu barədə nə deyə bilərsiniz və ümumiyyətlə, bu cür əməliyyatları etdirmək neçə yaşdan sonra məsləhət görülür?

-Bu cür əməliyyatlar edilə bilər. Lakin pasiyentin göstəriciləri əməliyyata uyğun olmalıdır. Bəzi insanlarda həqiqətən də bu cür əməliyyatlara ehtiyac var. Lakin iplərlə üzün dartılmasını məsləhət görməzdim. Bu cür prosedurlarla sadəcə bir neçə ay zaman qazanmaq olar. Lakin sonradan müxtəlif fəsadlar meydana çıxa bilər. Yaş həddinə gəldikdə isə, misal üçün, burun əməliyyatlarında burunun və üzün inkişafını gözləmək mütləqdir. 16-17 yaşdan sonra burun və ümumiyyətlə, üz inkişafı tamamlanmış olur. Bu yaşdan sonra artıq burun əməliyyatı edilə bilər. Üzgərmə əməliyyatlarını əsasən 45 yaşdan yuxarı insanlar üzərində aparırıq və xəstələrin əksəriyyətini qadınlar təşkil edir. Lakin 20 yaşdan 45 yaşa qədər də ehtiyac duyulduğu təqdirdə yaşlanmanı gecikdirən, üzün dinamik və gənc görünüşünü qorumağa kömək edən bəzi tədbirləri görmək mümkündür.

-Çox vaxt hansısa qəza sonrası bədəndə istər estetik, istərsə də psixoloji baxımdan mənfi təsir göstərən dərin çapıqlar qalır. Bu növ izlərin aradan qaldırılması mümkündürmü?

-Bədəndə hansısa bir zədə əmələ gəldikdə, yəni, toxuma bütövlüyü pozulduqda çapığın əmələ gəlməsi qaçılmazdır. Lakin izin bədəndə hansı görüntüdə qalmasında yaraya ilkin müdaxilənin, orqanizmin verdiyi sağalma reaksiyasının və ətraf mühitin, misal üçün, günəş şüasının çox böyük təsiri var. Bədəndə kobud qalan izlərin tam olaraq aradan qaldırılması mümkün olmasa da onları daha incə və gözlə daha az görünən hala gətirmək mümkündür ki, bu da estetik-rekonstruktiv əməliyyatla edilir.

-Müraciət edən pasiyentə əməliyyat nəyə əsasən məsləhət görülür?

-Çox vaxt zahiri görünüşündən narazı olanlar bizə müraciət edirlər. Müraciətin əsaslılığı, misal üçün, burun əməliyyatı tələbi ilə müraciət varsa, müayinə zamanı həqiqətən də burunun əyriliyi və ya normadan daha uzun olması, nəfəs problemi olması, bu görüntünün estetik baxımdan pasiyentə mənfi təsir göstərməsi və ya xəstənin ətrafında bununla bağlı neqativ fikir formalaşması müəyyən edilərsə, bu əməliyyat həkim tərəfindən də dəstəklənir. Lakin müayinə əsnasında əməliyyata səbəb görülmədiyi təqdirdə cərrahi müdaxilə məsləhət görülmür.

-Uşaqlar üzərində aparılan estetik-rekonstruktiv əməliyyatlar barədə nə deyə bilərsiniz?

-Uşaqlarda müxtəlif anadangəlmə anomaliyalar ilə qarşılaşırıq. Bunlara yarıq damaq və ya dodaqlılıq, başdakı şəkil problemləri, üzün yarısının az inkişaf etməsi və ya çox inkişaf etməsi, qulağın inkişaf problemləri daxildir. Bunlar arasında ən çox qarşılaşdığımız problemlər damaq və dodaq yarığı problemidir. Bunlar çox vaxt birgə olur, bəzən sadəcə damaq yarığı, ya da sadəcə dodaq yarığı olan uşaqlarımız da olur. Xalq arasında dovşandodaq və qurdağızlılıq da deyilir. Damaq-dodaq yarığı hər 700-1000 arası canlı doğumdan birində görülür. Bu hesablama ilə Azərbaycanda hər il təxminən 150-170 arası damaq və dodaq yarıqlılığı ilə körpə doğulur. Uşaqların bu anomaliya ilə dünyaya gəlməsi isə bəslənmələri ilə yanaşı, həm də görüntü olaraq problemlərə səbəb olur. Belə uşaqların 2-3-cü aylarında dodaqları, 9-12-ci aylarda isə damaqları əməliyyat edilərək problem aradan qaldırıla bilər. Onu da qeyd edim ki, uşaqlar arasında üz nahiyəsində ən sıx rast gəlinən əməliyyatlar bu növ problemlər səbəbindən icra olunur. Əməliyyat edilmədikdə isə estetik və bəslənmə problemi ilə yanaşı, danışmada da müəyyən pozuntular ola bilər. Bundan başqa, başda anomaliya olur ki, bunlara da hər 2500 doğumdan bir rast gəlinir. Başın kəllə sümükləri arasında “sütür”lər var ki, onlar beyin böyüməsi zamanı başın da mütənasib şəkildə böyüməsinə səbəb olur. Bu sütürlərin fizioloji olaraq bəzən bir yaşda bitişməsinə baxmayaraq, bəzi hallarda 22-23 yaşadək bitişmədiyi hallar da olur. Lakin bəzən patoloji olaraq vaxtından əvvəl birləşmələr də olur ki, bu da başda şəkil problemləri yaratmaqla yanaşı, beynin inkişafına da mənfi təsir göstərə bilər. Bu zaman başın forması dəyişərək uzunsov, üçbucaq alın forması almaqla yanaşı, digər deformasiyalara da səbəb olur. Uşağın beyninin inkişafı və estetik baxımdan gələcəkdə problem yaşamaması üçün əsasən 9-12 aylardan bu cür rekonstruktiv əməliyyatlar aparılır. Lakin xəstəliyin beynin inkişafına mənfi təsir göstərdiyi müəyyən edildikdə təcili əməliyyat da aparıla bilər. Bu uşaqlarda beyin inkişafında yaranan əngəlləri aradan qaldırmaq baxımından əməliyyat mütləqdir. Belə ki, bu problemlə üzləşənlərin əksəriyyətində kəllə sümüyünün inkişaf etməməsi səbəbindən beyin toxuması da inkişafdan qalır. Bu da ciddi problemlərə səbəb ola bilər. Onu da qeyd edim ki, belə uşaqların 75 faizində zəka ilə bağlı problemlər olmur. Onların sadəcə 10-15 faizində gələcəkdə qavramaq və ya öyrənmə baxımından geriləmələr meydana çıxa bilər ki, bu da mütəxəssis dəstəyi ilə həll olunur. Yalnız sindromik dediyimiz ürək, üst və ya alt ətraflarla bağlı yan xəstəliklər olduğu vəziyyətlər bu xəstələrin 20-25 faizini təşkil edir. Bu səbəblə bu cür diaqnoz qoyulan uşaqlar mütləq ətraflı müayinə edilməlidirlər. Xəstəliyin ilkin simptomlarını artıq ilk 2-3-cü aylardan etibarən başda şəkil, forma dəyişikliyi ilə hiss etmək mümkündür.

-Bu problemləri bir əməliyyatla aradan qaldırmaq mümkündürmü?

-Başdakı şəkil problemi, dovşandodaq və ya yarıqdamaq olduqda bəli, bu problemlər çox zaman bir əməliyyatla aradan qaldırılır. Lakin damaq yarığı olanlarda hər 100 xəstədən təxminən 5-15-də təkrar kiçik cərrahi müdaxiləyə ehtiyac yarana bilər. Bu əməliyyatlar 3-4, bəzən də 7-8 yaşda uşağın danışığını daha da yaxşılaşdırmaq və ya dişlərinin düzgün inkişaf etməsinə kömək məqsədilə mütəxəssis komandası şəklində aparılır. Komandaya plastik cərrahlarla yanaşı, loqopedlər, qulaq-burun-boğaz həkimləri, ortodontistlər, pediatrlar, psixoloqlar da cəlb olunur. Lakin ümumilikdə götürdükdə damaq və ya dodaqla bağlı problemlər də bir əməliyyatla aradan qaldırılır. Belə uşaqların 99 faizi istər fiziki, istərsə də əqli cəhətdən heç bir problem yaşamırlar. Yarıqdamaq və ya dovşandodaqlılıqla doğulanların arasında incəsənət və elm xadimləri də var. Bu əməliyyatlar funksional bərpa və ya estetik baxımdan problemlərin aradan qaldırılması üçün icra olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kreml: ABŞ-ın hegemonluğuna söykənən dünya düzəni sona yetir

Türkiyə və Gürcüstan rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana

İsrail Prezidenti və Qətər Əmiri ilk dəfə şəxsən görüşüblər

Sahibkarlarla Rusiyaya yumurta ixracı sahəsindəki vəziyyət müzakirə olunub

Qonşu ölkələrlə müqayisədə Azərbaycanda İİV-ə yoluxma hallarının sayı 3 dəfə azdır

"IDDA Awards 2023”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Stirlinq Fondunun prezidenti: Yuta ştatının dini icması Azərbaycanla mənəvi əlaqələrin dərinləşməsində maraqlıdır

Özbəkistanlı nazir “ASAN xidmət”də

Azərbaycan dayanıqlı və ekoloji cəhətdən təmiz gələcək qurmaq üçün digər ölkələrə nümunədir- ŞƏRH

Energetika naziri Sabirabadda vətəndaşlarla görüşüb

® Birbank-ın “10 001 hədiyyə” lotereyasının 2-ci tirajı yekunlaşdı

“Əlini mənə ver, dostum" adlı tədbir keçirilib

"Azəriqaz" rəhbərliyi Zaqatalada vətəndaşları dinləyəcək

Viktor Orban: Aİ əvvəlcə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi bağlamalıdır

Müşavir: Kənd yerlərində rəqəmsal təhsil mərkəzləri yaradılacaq

Regionlarda “Qəhrəmanını tanı” layihəsi həyata keçirilib

Azərbaycan ağırlıqqaldıranları Doha Qran-prisində iştirak edəcəklər

Solmaz Karabaşa: Şuşada sərgilənən mətbəx nümunələri ilə nə qədər çox ortaqlığımızın olduğunu gördüm

ATMU-da əcnəbi tələbələr üçün məlumatlandırma sessiyası keçirilib

“Avroviziya” mahnı müsabiqəsinin ölkəmizin musiqi sənayesinin inkişafındakı rolu müzakirə edilib

İtaliyalı alim BDU-da nanomaterialların tətbiqi ilə bağlı məruzə edib

Qərbi Azərbaycan İcması: Avropa İttifaqının məsələlərə etnik və dini zəmində yanaşması qəbuledilməzdir

Baş katib: Velosiped idmanının rayonlarda da inkişafı sevindirici haldır

Monteneqronun XİN başçısı: Azərbaycanla münasibətlərin inkişafında mövcud potensialdan istifadə olunmasında maraqlıyıq

TƏBİB tabeliyində olan tibb müəssisələrində 1804 nəfər qrip əleyhinə peyvənd olunub

“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” - təlim

Vyanada Aşıq Şəmşirin anadan olmasının 130 illiyi münasibətilə tədbir keçirilib VİDEO

Qax rayonunda tələbələr narkomaniyanın mənfi təsiri barədə məlumatlandırılıblar

“Bir ömür xidmətinizdə”...

Rəşad Nəbiyev özbəkistanlı həmkarı ilə kibertəhlükəsizlik və kosmik sahələrdə əməkdaşlığı müzakirə edib

Velosiped məşqçiləri üçün texniki kurslar keçirilib

COP28: Yoxsul ölkələr iqlim ödənişləri uğrunda 30 illik mübarizədə qalib gəlir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yayılan iddialara cavab verib

Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” beynəlxalq konfransı və Türk xalqlarının ortaq mətbəxinin təqdimatı olub

Badamdar qəsəbəsinin sürüşmə zonasında içməli və tullantı su şəbəkələri yaradılır

OPEC+ ölkələri 2024-cü ilin I rübündə hasilatı 2,2 milyon barel azaltmaq barədə razılaşıblar

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

KOBİA sədri: Rəqəmsallaşmanı regionlarda gücləndirmək əsas məqsədimizdir

Çayların su ehtiyatları yeni operativ-interaktiv metodla qiymətləndirilir - tədqiqat

® Mərkəzi Gömrük Hospitalında Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

“Məktəbli könüllü” proqramına start verilir

Qızdırma təkrar pik həddə çatdıqda mütləq ailə həkimləri ilə əlaqə saxlanılmalıdır

Tərtərdə xeyli sayda sursat aşkar edilib

Naxçıvanda ilk dəfə müsahibə yolu ilə 11 məktəbə direktor təyin olunub

® Kommunal ödənişlərinizi Unibank mobil tətbiqində edin və qazanın!

® Londonda ABB-yə “İlin bankı” mükafatı təqdim olundu

Türkiyə təhlükəsizlik qüvvələri İraq və Suriyada 7 terrorçunu zərərsizləşdirib

Çex Respublikası Cənubi Qafqaz nəqliyyat dəhlizinə böyük maraq göstərir

Azərbaycanın COP28 tədbirində iştirakı Qarabağı ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək imkanı yaradır

Azad edilmiş ərazilərdə ötən ay aşkarlanmış mina və partlamamış hərbi sursatların sayı açıqlanıb

İRİA: Bizim 70-dən çox unikal mentorlarımız var

Tovuz rayonu və kəndlərinin su təminatı yaxşılaşdırılır

Stirlinq Fondunun prezidenti: Azərbaycandakı dinlərarası dialoq və əməkdaşlıq çox qiymətli dəyərdir

The Economist: Sürix və Sinqapur dünyanın ən bahalı şəhərləridir

Polkovnik: Laçın sürətli inkişafı ilə heyrətləndirir

Ölkə ərazisində yağmursuz hava şəraiti davam edəcək

Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyi qeyd edilib

Almaniyalı deputatlar Azərbaycanın sülh təşəbbüsləri barədə ətraflı məlumatlandırılıb

Laçın dünyanın ən gözəl rayonlarından birinə çevrilir - RƏY

İcraçı direktor: Süni intellekt alıcılıq qabiliyyətimizi dəyişir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Tanınmış dilçi alim Rəhilə Məhərrəmovanın 100 illik yubileyi qeyd olunub

Ulu Öndərin yubileyi ilə əlaqədar AZƏRTAC-ın təşkil etdiyi tədbirlər Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub

2023-cü ilin iqlimi: təbiət və insan üçün ciddi fəsadları olan yeni rekordlar 

50-yə yaxın şəxs işə düzəlmək adı altında aldadılıb

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

“Femida Dialoq Platforması” çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

® Kapital Bank-dan Yeni ilə özəl nağd kredit kampaniyası

® “Azercell” BMT-nin Qlobal Sazişinə qoşulub

AMEA Türk Dil Qurumunun “Türk dilinə xidmət” mükafatına layiq görülüb

Macarıstanda “Türk dövlətləri iqtisadiyyatı” kitabı təqdim olunub

® “Shokki Mokki” “Peşəkar 100 il” idarəçilik marafonunda!

Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb VİDEO

Dubayda Ümumdünya İqlim Sammiti başlayıb

Xidmət rəisi: Yeni qanunda beynəlxalq təşkilatların satınalmalar üzrə prinsipləri durur

Maarifləndirmə tədbiri: Biz sağlam həyat tərzi seçirik, narkomaniyaya yox deyirik

İnarə Vəliyeva: İkinci vençur kapital fondu yaradılması istiqamətində işlər görülür

İnklüziv Karyera Forumu keçirilir

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Sabir Hacıyev: Həştərxanla Azərbaycan arasında münasibətlər təkmilləşir

Milli Kitabxanada “Türkdilli ölkələrin gənc yazarları” adlı virtual sərgi hazırlanıb

Xalq rəssamı Fərhad Xəlilovun yeni sərgisi - “Yerlə göy arasında”

Moskvanın “Sadovod” bazarında yanğın baş verib

Şirvan-Salyan Regionunda təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb

İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib

Şuşada türk xalqlarının ortaq mətbəx nümunələrinin təqdimatı olub

“Azeri Light” markalı neft ucuzlaşıb

“İçərişəhərin həyatı” adlı fotosərgi açılıb

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

FIDE reytinqi: Rauf Məmmədov irəliləyib, Teymur Rəcəbov geriləyib

Bundestaqın sədri: Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Umayra Tağıyeva: Azərbaycanın qlobal emissiyalarda payı 0,15 faiz təşkil edir

ETX: Son üç ayda Azərbaycan üzrə 137 minədək zərərli proqram aşkarlanıb

BDU-da “Fizikada müasir trendlər” mövzusunda 8-ci beynəlxalq elmi konfrans davam edir

Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumunda iştirakı üçün qeydiyyat başlanıb

Sarayevo Avropada ən çirkli havası olan şəhərdir

Şirvanda Beynəlxalq Əlillər Günü “Biz birlikdə güclüyük!” adlı tədbirlə qeyd edilib

“Müasir dövrdə effektiv idarəetmənin problemləri” - VIII respublika elmi konfransı