CƏMİYYƏT


Cərrah-endokrinoloq: Azərbaycanda hər 11 zob xəstəsindən 9-u qadındır

Bakı, 25 may, AZƏRTAC

Qalxanabənzər vəzi xəstəlikləri ilə bağlı tibb müəssisələrinə ən çox Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Lənkəran, Quba və Qusar rayonlarından olan vətəndaşlar müraciət edirlər. Bu ərazilərdən müraciət edən xəstələrə əməliyyat göstərişi verilir və çox zaman zəhərli zob diaqnozu qoyulur.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov söyləyib.

Müraciət edənlər arasında Naxçıvandan gələn pasiyentlərin də sayının üstünlük təşkil etdiyini diqqətə çatdıran cərrah-endokrinoloq deyib: “Şimal zonasından gələn pasiyentlərdə düyünə və zəhərli zoba, Naxçıvandan gələn pasiyentlərdə isə böyük ölçülü düyünlərə rast gəlinir. Statistikaya görə qalxanabənzər vəzi xəstəlikləri daha çox qadınlar arasında müşahidə olunur. Çünki hamiləlik zamanı orqanizmə ən çox yük düşən hissə məhz qalxanabənzər vəzi olur. Azərbaycanda hər 11 zob xəstəsindən 10-u qadındır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.