İDMAN


“Cəsur kadet” sınaq günləri keçiriləcək

Bakı, 8 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 10-dan 15-dək “Cəsur kadet” sınaq günləri keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hərbi Qənimətlər Parkının yanında hazırlanmış xüsusi zonada təşkil ediləcək tədbirin əsas məqsədi hərbi-vətənpərvərlik ideyalarının təbliği, gənclərin fiziki hazırlığına və sağlam həyat tərzinə diqqətin artırılmasıdır.

Mayın 10-da “Şahin” hərbi-idman oyununun final mərhələsi ilə start götürəcək yarışlarda zonalar üzrə qalib gəlmiş 18 komanda mübarizə aparacaq.

Mayın 11-dən 15-dək isə hər bir vətəndaş müxtəlif yaş qrupları və normativlər üzrə öz bacarıqlarını sınaya bilər. Tədbir bütün əhali üçün açıq olacaq, iştirak üçün öncədən qeydiyyata ehtiyac yoxdur.

Hər kəs hərbi və fiziki tapşırıqları - qaçış, turnikdə dartınma, taxta hasarın üstündən keçməklə maneənin dəf olunması, kəndir vasitəsilə "təhlükəli zolağın" qət olunması, kəndirin köməkliyi ilə yüksəkliyə dırmanma və yüksəklikdən enmə, sürünməklə maneənin dəf olunması, istehkamda yerləşərək hədəfə “qumbara” atmanı yerinə yetirməklə müvafiq sertifikat əldə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.