CƏMİYYƏT


“Ceyhun 1994” və “Sanqalan-M” MMC-nin direktoru barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı, 7 iyun, AZƏRTAC

“Ceyhun 1994” və “Sanqalan-M” MMC-nin direktoru Ceyhun Qurbanzadənin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış ibtidai istintaqla Ceyhun Qurbanzadənin həmin vəzifədə işləyərkən direktoru olduğu müəssisələrin Ağsu Rayon İcra Hakimiyyəti, rayonun Kommunal Müəssisələr Kombinatı, Mənzil İstismar Sahəsi, “Yaşıllaşdırma və Abadlaşdırma” MMC və rayon icra hakimiyyəti başçısının Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2019-cu ildə keçirilmiş kotirovka sorğularında qalib elan edilməsi yolu ilə dövlət büdcəsindən ayrılmış ümumilikdə 31 min manat məbləğində pul vəsaitinin qanunsuz üsullarla müvafiq bank hesablarına köçürülüb nağdlaşdırmasına, iş həcmini şişirtməklə xeyli miqdar təşkil edən həmin məbləği mənimsəməsinə, eləcə də bu qanunsuz hərəkətləri törədə bilməsi üçün müvafiq informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında Ceyhun Qurbanzadəyə Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub və vurulmuş ziyan tam ödətdirilib. Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.