İQTİSADİYYAT


Ceyhun Əliyev: Yevlaxdakı ehtiyat DATA-mərkəz ilin üçüncü rübündə təhvil veriləcək

Bakı, 12 mart, Pərvanə Rəhimova, AZƏRTAC

Yevlaxda yerləşən ehtiyat DATA-mərkəz ilin üçüncü rübündə təhvil veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzInTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyev deyib.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Tier 3” sertifikatlı DATA-mərkəzi Bakıda yerləşir. Lakin Yevlaxda ehtiyat DATA-mərkəz də inşa olunur. Elə təşkilatlar var ki, onların IT mərkəzləri olmadığı üçün onların məlumatları DATA-mərkəzdə qorunur. Biz müştərilərimizə Bakıdan 300 kilometr məsafədə, Yevlaxda yerləşən ehtiyat DATA-mərkəzin xidmətlərini təklif edirik. Bu DATA-mərkəzin ilin üçüncü rübündə təhvil verilməsi gözlənilir. Ehtiyat DATA-mərkəzdə məlumatlar əsas DATA-mərkəzdə olduğu kimi qorunur və hər hansı fövqəladə hal, fəlakət zamanı itkilərin qarşısını almağa şərait yaradır”, - deyə C.Əliyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.