İDMAN


Ceyhun Əşrəfov: 2020-ci ildə pençak-silat üzrə dünya çempionatı Bakıda keçiriləcək

Bakı, 28 oktyabr, AZƏRTAC

Çox şadıq ki, bu gün Azərbaycan daha bir mühüm yarışa ev sahibliyi edir. Bakıda pençak-silat idmanı üzrə Avropa çempionatı start götürür. Bu yarışda 11 ölkədən ümumilikdə 120 idmançı mübarizəyə qoşulub. Yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək yarışlar üç gün davam edəcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Sindo-ryu və Pençak-Silat Federasiyasının prezidenti Ceyhun Əşrəfov deyib.

Son illər dünyada, o cümlədən Azərbaycanda pençak-silatın sürətlə inkişaf etdiyini vurğulayan C.Əşrəfov bildirib ki, Azərbaycanda pençak-silat üzrə güclü idmançılar var. İnanıram ki, təmsilçilərimiz uğurla çıxış edib medal qazanacaqlar.

Federasiya prezidenti deyib: “2020-ci ildə pençak-silat üzrə dünya çempionatı Bakıda keçiriləcək. Həmin çempionatda 89 ölkədən ümumilikdə 1500 idmançının iştirakı gözlənilir. Eyni zamanda, pençak-silatın İslam Həmrəyliyi Oyunlarının proqramına salınması üçün danışıqlar aparılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.