SİYASƏT


Ceyhun Bayramov “Əfqanıstandakı vəziyyətin ATƏT regionuna təsiri” mövzusunda müzakirələrdə iştirak edib

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində “Əfqanıstandakı vəziyyətin ATƏT regionuna təsiri” mövzusunda müzakirələrdə iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr zamanı nazir Ceyhun Bayramov, Əfqanıstanda sülh və sabitliyin bölgədəki vəziyyətlə qarşılıqlı əlaqəsi olduğunu qeyd edib.

Azərbaycanın bölgənin qonşuluğunda yerləşən dövlət olaraq, Əfqanıstandakı vəziyyəti yaxından izlədiyini qeyd edən nazir, Əfqanıstanda yaranmış vəziyyətin ilk növbədə humanitar fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq yardımın göstərilməsinin zəruriyyətini vurğulayıb.

Həmçinin, Əfqanıstanda baş verən hadisələrin, Əfqanıstana qonşu olan ATƏT-ə üzv dövlətlərin sabitliyinə və təhlükəsizliyinə təsir etməsini bildirən nazir Ceyhun Bayramov, bu istiqamətdə, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, narkotik qaçaqmalçılığının aradan qaldırılması və bu kimi digər məsələlərdə ATƏT-in vacib rol oynaya biləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.