SİYASƏT


Ceyhun Bayramov: Azərbaycanla Rusiya arasında möhkəm strateji əməkdaşlıq əlaqələri mövcuddur VİDEO

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan və Rusiya arasında münasibətlər mehriban qonşuluq və möhkəm dostluq ənənələrinə malikdir. Dostluğumuzun uzun tarixi var. Ölkələrimiz arasında bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 24-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.

Nazir bildirib ki, iki ölkə arasında möhkəm strateji əməkdaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında imzalanan çoxsaylı müqavilə və sazişlər arasında əsas sənəd 2017-ci ildə imzalanan dostluq və əməkdaşlıq haqqında sənəddir. Müxtəlif istiqamətlər üzrə əməkdaşlığımız davam edir. Bu gün beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdik.

Azərbaycanın xarici işlər naziri qeyd edib ki, iqtisadi əməkdaşlıq pandemiyadan sonra daha da artıb, bu isə ticari dövriyyənin artmasına səbəb olub.

Hökumətlərarası komissiyanın fəaliyyətini yüksək qiymətləndirən Ceyhun Bayramov nəqliyyat-kommunikasiya sahəsində və digər sahələrdə layihələrin uğurla davam etdirildiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.