SİYASƏT


Ceyhun Bayramov: Bakı Bəyannaməsi ciddi iş birliyinin irəli aparılmasına böyük töhfə verəcək

Bakı, 27 iyun, AZƏRTAC

Bu gün Bakıda 3 qardaş ölkə olaraq xarici işlər və nəqliyyat üzrə nazirlərin birinci toplantısının keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu 3 ölkə arasında qardaşlıq münasibətləri mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli görüşü zamanı söyləyib.

Nazir bildirib ki, bu gün regional məsələlərə nəzər salındı və xüsusi olaraq nəqliyyat və bağlantılar sahəsində fikir mübadilələri aparıldı.

“Müzakirələr kontekstində Bakı-Tbilisi Qaz kəmərinin potensial genişlənməsi də müzakirə edildi. Avropa İttifaqı ilə müxtəlif layihələrin irəli aparılması, eyni zamanda, Trans-Xəzər fiber optik layihəsi irəli sürüldü. Şərqi-Zəngəzur və Qarabağ ərazisində həyata keçirilən nəqliyyat məsələləri də xüsusi müzakirə mövzusu oldu. Məhz bu kontekstdə bu layihənin reallaşmasına tam dəstək verildi. Bu gün imzalanmış Bakı Bəyannaməsi ciddi iş birliyinin irəli aparılmasına böyük töhfə verəcək", - dəyə xarici işlər naziri C.Bayramov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.