SİYASƏT


Ceyhun Bayramov: Ermənistanın üçtərəfli razılaşmaları pozması münaqişəsonrası təhlükəsizliyə ciddi maneədir

Stokholm 2 dekabr Rauf Əliyev AZƏRTAC

Ermənistanın davamlı şəkildə üçtərəfli razılaşmaları pozaraq, hərbi qüvvələrini geri çəkməməsi və mina xəritələrini Azərbaycan verməməsi münaqişə sonrası təhlükəsizliyin bərqərar olmasına maneçilik törədir.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bunu İsveçin paytaxtında keçirilən ATƏT Nazirlər Şurasının görüşündə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov deyib.

Qarabağ münaqişəsinin başa çatması ilə bu ərazilərdə Azərbaycanın irimiqyaslı bərpa-quruculuq işlərinə start verdiyini vurğulayan Ceyhun Bayramov işğalçılar tərəfindən tarixi-mədəni abidələrin dağıdıldığını diqqətə çatdırıb.

Nazir qeyd edib, işğalçıların bu torpaqlarda uzun illər boyu saysız-hesabsız minalar yerləşdirməsi səbəbindən bu gün Azərbaycan dünyada ən çox minalanmış ölkələrdən biridir. Ermənistan mina xəritələrini təqdim etməkdən boyun qaçırır və yalnız son bir ildə mina partlayışları nəticəsində aralarında sıravi vətəndaşların və jurnalistlərin də olduğu 180 nəfər həyatını itirib və yaralanıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.