SİYASƏT


Ceyhun Bayramov: Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı tərəflər cari regional təhlükəsizlik vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparıblar.

Tərəflər, həmçinin Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb və əməkdaşlığın inkişafı üçün mövcud potensialı qeyd edərək bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.

Nazir Ceyhun Bayramov Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək, bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.