Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, iclas zamanı çıxış edən nazir Ceyhun Bayramov bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək TDT-nin fövqəladə Zirvə görüşünün 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıdığını bildirib.

Böyük fəlakət və əsrin faciəsi olan bu zəlzələlərin on minlərlə insan itkisi, böyük dağıntılar və humanitar problemlər yaratmasına baxmayaraq, qüdrətli türk millətinin və Türkiyənin zəlzələnin fəsadlarının aradan qaldırılmasının öhdəsindən ən qısa zamanda ləyaqətlə gələcəyinə əminlik ifadə olunub. Sevincini olduğu kimi dərdini də birlikdə bölüşən xalqlarımızın bu acı günlərdə də nümunəsinə az rast gəlinən həmrəylik nümayiş etdirdiyi çıxış zamanı vurğulanıb.

Zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində beynəlxalq ictimaiyyət, o cümlədən TDT-yə üzv və müşahidəçi dövlətlər tərəfindən qısa müddət ərzində axtarış və xilasetmə dəstələrinin, habelə humanitar yardımların göndərilməsinin böyük mənəvi əhəmiyyət daşıdığı qeyd olunub. Bu xüsusda, fəlakətin baş verdiyi ilk andan etibarən qardaş Türkiyənin yanında olan Azərbaycanın, bundan sonra da dağıntılara məruz qalmış ərazilərin yenidən qurulmasında Türkiyə Respublikasına dəstəyi davam etdirəcəyi diqqətə çatdırılıb.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə ölkəmizin bütün əlaqədar qurumları tərəfindən operativ qaydada Türkiyəyə yardım edildiyi, bu çərçivədə ölkəmizdən xilasetmə və tibbi heyət, səhra xəstəxanaları, onlarla təyyarə və yüzlərlə yük maşınları ilə göndərilən humanitar yardım barədə məlumat verilib.

Nazir Ceyhun Bayramov, həmçinin baş vermiş təbii fəlakət fonunda üzv dövlətlər arasında fövqəladə hallara hazırlıq və cavab tədbirlərinin həyata keçirilməsi sahəsində əməkdaşlığın, o cümlədən birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətindən bəhs edərək, TDT-nin Mülki Müdafiə Mexanizminin yaradılması üzrə yol xəritəsinin praktiki icrasının vacibliyini qeyd edib.

TDT-nin yaranmasından ötən illər ərzində Təşkilatın üzv dövlətləri arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiyalar sahələrində əməkdaşlığın güclənməsi, həmçinin qurumun beynəlxalq nüfuzunun artması məmnunluqla qeyd olunub. Bu xüsusda, Özbəkistanın TDT-yə sədrliyinin Təşkilatın daha da güclənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

Regionda və dünyada baş verən hadisələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırdığını qeyd edən nazir Ceyhun Bayramov bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bununla əlaqədar, Azərbaycanın Orta Dəhlizin tranzit potensialından istifadəyə şərait yaradacaq bu səylərinin öz növbəsində regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.

Xarici İşlər Nazirləri Şurasında TDT-yə üzv ölkələrin xarici işlər nazirləri də çıxış edib, Zirvə görüşündə ölkələrin liderləri tərəfindən təsdiq edilməsi nəzərdə tutulan sənədlər və siyasi bəyannamə layihələri nəzərdən keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Con Kirbi: ABŞ-ın Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsi ilə bağlı siyasəti dəyişməyib

Premyer Liqa: "Araz-Naxçıvan" "Kəpəz"i məğlub edib

Birinci Azərbaycan-Rusiya Maliyyə Dialoqu keçirilib

Azərbaycan “Kosmik iqtisadiyyat üzrə liderlərin V Sammiti”ndə təmsil olunub

Bakının azad edilməsi Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilib – dəyirmi masa

Gəncədə “Nizami günləri” davam edir

Gürcüstanın xarici ticarət dövriyyəsi 3 faiz artıb

“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib

Ceyhun Bayramov Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə ilə regional məsələləri müzakirə edib

Yalçın Rəfiyev: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə məsələsində inklüzivliyi və əməkdaşlığı təşviq edir

Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırılıb

Bu il əhaliyə göstərilən ödənişli xidmətlərin 75 faizdən çoxu hüquqi şəxslərin payına düşüb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB

“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” - elmi konfrans

Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi və tabeliyindəki qurumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Cari ildə hər bir istehlakçı orta hesabla ayda 571 manat xərcləyib

Pirallahı Sənaye Parkında yeni məhsullar istehsal olunacaq

Formula 1 Azərbaycan Qran- Prisi 2024: F1 ulduzları fan-forumda

Ukrayna daha 49 hərbçisini əsirlikdən geri qaytarıb

Azərbaycanda tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir

Elektron Təhlükəsizlik Xidməti daha bir məktəbdə maarifləndirmə tədbiri keçirib

Nöqsanlara görə 64 məktəb direktorunun yeni tədris ilində müqaviləsi uzadılmadı

COP29-un ilk tərəfdaşları açıqlanıb

Ersin Tatar: Azərbaycanda futbol turnirində iştirak qürur mənbəyi və ŞKTC-nin idman tarixində mühüm səhifədir

Gəncədə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur

Peşəkar mühasib sertifikatı üzrə keçirilən imtahanın II mərhələsinin nəticələri açıqlanıb

“Azərkosmos” qlobal peyk operatoru ABS şirkəti ilə əməkdaşlığa başlayıb

Gürcüstanda ali məktəbə qəbul olan azərbaycanlı abituriyentlərin yarıdan çoxu dövlət qrantı qazanıb

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Deputatlığa namizəd Vəfa Nağıyevanın müraciəti MSK tərəfindən qismən təmin edilib

® “Bakcell”in stendi Formula 1 azarkeşlərinin diqqət mərkəzində - FOTO

Formula 1: Şarl Lekler Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşünün qalibi olub

BDU-da Bilik Günü münasibətilə kitab sərgisi hazırlanıb

Azərbaycana gələn turistlərin sayı 30 faizdən çox artıb

Qubanın Çiçi kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib

Komandaların Bakıda təqdim etdiyi texniki yeniliklər

MEK-də Bilik Günü münasibətilə sərgi açılıb

Əhalinin hər 1000 nəfərinə nikahların sayı açıqlanıb

Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb

İşğaldan azad olunmuş bölgələrdə yerləşən məktəblərin kitabxanalarına DİM-in müxtəlif nəşrləri təqdim edilib

Çin hökuməti əhalini “uyğun yaşda” evlənməyə çağırır

BDU-nun Filologiya fakültəsində I kurs tələbələri ilə görüş olub

Frank Şvabenin sifarişli çıxışları Azərbaycanın nüfuzunu zədələmək iqtidarında deyil  ŞƏRH

Azərbaycanda ölüm göstəricisi azalıb

Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin müraciətlərini araşdırıb

Şimali Koreya ilk dəfə uranın zənginləşdirilməsi üzrə obyektlərin fotoşəkillərini dərc edib

Bu ilin yanvar-iyul aylarında doğulmuş körpələrin sayı açıqlanıb

Mütəxəssis: Hazırda külək amilinin Xəzər dənizinin səviyyəsinə təsiri tədqiq edilir

Tovuzda 5 yaşlı uşağı avtomobil vurub

Bakı sakinləri və qonaqlar üçün ilk dəfə “Boeing 787 Dreamliner” uçuş simulyatoru nümayiş etdirilir

Misir Ümumdünya Şəhərsalma Forumunun XII sessiyasına ev sahibliyinə hazırlaşır

İlham Nəzərov: Həyatda çətinliklərdən keçməyən artist yarada bilməz MÜSAHİBƏ

Bolqarıstanda hərbi təyyarə qəzaya uğrayıb

Frank Şvabe - erməni lobbisinin maraqlarına xidmət ŞƏRH

Azərbaycanda bank və kredit təşkilatlarının kredit portfeli 23 faizdən çox artıb

Əhalinin banklardakı əmanətlərinin 66 faizdən çoxu milli valyutadadır

İlon Maskın mühafizəsinə milyonlarla dollar xərclənir

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azad edilmiş ərazilərdə həyata keçirilən tikinti layihələrində 50 faizdən çox yaşıllıq tələbi qoyulub

Türkiyə gələn ildən kənd təsərrüfatı məhsulları istehsalının planlaşdırılmasını tətbiq edəcək

Azərbaycan idmançıları Ümumdünya Köçəri Oyunlarını 7 medalla başa vurublar

Mərkəz direktoru: Ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli Azərbaycan üçün prioritetdir – MÜSAHİBƏ

Müsavat Partiyasından qeydə alınmış namizədin müraciəti qismən təmin olunub

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş start götürüb

Bu il əhalinin gəlirləri 6 faizdən çox artıb

Şəhid ailələri və qazilər Formula 1 yarışlarının fəxri qonaqlarıdır

Cari ildə dövlət büdcəsinin profisiti 2,8 milyard manatı ötüb

İşğaldan azad olunan ərazilərdə sahibkarlığın inkişafına yönəlmiş dəstək mexanizmləri böyük əhəmiyyət daşıyır VİDEO

Ekspert: Azərbaycanın kibertəhlükəsizlik mövqeyinin daha da yüksəlməsi üçün intensiv işlər davam etdirilməlidir

Azərbaycan Basketbol Liqasının start tarixi və yeni reqlamenti açıqlanıb

Naxçıvanda çörək sexində ciddi nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb

Kiçikhəcmli gəmilərin istismarı ilə əlaqədar nəzarət tədbirləri həyata keçirilib

Mingəçevir Dövlət Universitetində “Oriyentasiya Günü” keçirilib

Türk ekspert: Üçüncü tərəfə boyun əyməsi Ermənistanın məhvi ilə nəticələnə bilər

Xəzər dənizi iqlim laboratoriyası hesab olunur - ARAŞDIRMA

MSK deputatlığa namizədliyi qeydə alınmış Mustafa Hacılının müraciətini əsassız sayıb

AMEA: “Vikipediya”da şəhidlərimizlə bağlı məqalələrin silinməsi səhv addımdır

Böyük britaniyalı turist: Azərbaycan Formula 1 yarışları üçün ideal ölkədir

BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

Gürcüstan və Çin Orta Dəhlizin inkişafı ilə bağlı saziş imzalayıb

Naxçıvanda indiyədək 3700-dən çox yeni nəsil NKA quraşdırılıb

Dövlət Miqrasiya Xidmətinin Çağrı mərkəzinə edilən zənglərin əksəriyyəti müvəqqəti yaşama icazəsi ilə bağlı olub

Gəncədə Özbək dili və Mədəniyyəti Mərkəzi açılıb

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötüb

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ağstafada vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Lissabon Nova Universitetinin prorektoru Bakı Ali Neft Məktəbində olub

Auditorlar Palatasının kollektivi və üzvləri Şuşa şəhərində səfərdə olublar

Azərbaycan Qran-Prisi: Niderlandlı pilot Formula 2 yarışının sıralama turunda birinci olub

“Türk mənşəli arxaizmlər lüğəti”nin daha iki cildi çap olunub

Gənc ifaçı: Uşaqlıqdan diqqətimi cəlb edən kamança artıq həyatımın bir hissəsidir

Çində 2025-ci ilin yanvarından pensiya yaşı həddinin qaldırılıması planı təsdiq olunub

İqtisadiyyat İnstitutunda Çinin elmi mərkəzləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

“Boeing” zavodunun işçiləri son 16 ildə ilk dəfə tətil edib

Ekspert: Enerji keçidi uzunmüddətli dayanıqlı inkişafın təminatıdır

Formula 1 könüllüsü: Ümid edirəm ki, yerli əhali və qonaqlar Bakıdakı yarışın təşkilatçılığından razı qalacaqlar

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin 137 illiyi qeyd edilib

Sentyabrın 8-də keçirilən buraxılış imtahanları və Azərbaycan dili imtahanının nəticələri açıqlanıb

Madriddə İsrail-Fələstin qarşıdurmasının həlli yolları müzakirə olunur

Adil Kərimli: Ölkəmizdə mədəni irs obyektlərinin hər biri dövlət tərəfindən qorunur

İngiltərədə bir həftədə 2 mindən çox məhbus erkən azadlığa buraxılıb