SİYASƏT


Ceyhun Bayramov Türkiyədə meşə yanğınlarında vəfat edənlərin ailələrinə başsağlığı verib

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə meşə yanğınlarında vəfat edənlərin ailələrinə başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov özünün feysbukdakı hesabında yazıb.

“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”, - deyə Ceyhun Bayramov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.