SİYASƏT


Ceyhun Bayramov slovakiyalı həmkarına Ermənistanın işğalçı siyasətinin ağır nəticələri barədə məlumat verib

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Slovakiyanın Xarici və Avropa işləri naziri İvan Korçok ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirlər əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparıblar. Siyasi və parlamentlərarası əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, humanitar, minalardan təmizləmə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Tərəflər iki ölkə arasında münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd ediblər.

Nazir İvan Korçok münasibətlərin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıb. Bu xüsusda o, nazir Ceyhun Bayramovu Slovakiyaya dəvət edib.

O, həmçinin regionda davamlı sülh və təhlükəsizliyi təmin etmək üçün münaqişənin nəticələrinin aradan qaldırılması və siyasi dialoqun bərpa edilməsinin vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın 30 ilə yaxın həyata keçirdiyi işğalçı siyasətin ağır nəticələri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhlükə olan mina təhdidi, habelə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri ilə bağlı ətraflı məlumat verib. Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğu qeyd edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.