CƏMİYYƏT


Ceyhun Məmmədov: Ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğı var

Bakı, 21 iyun, AZƏRTAC

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dinimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısı hər zaman yüksək olub. Biz Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin davamlı olaraq məscidləri ziyarət etdiklərinin şahidi oluruq.

Bu özünü işğaldan azad olunmuş ərazilərdə də açıq şəkildə göstərir. Bu gün Ağdamda, Şuşada, Zəngilanda bilavasitə dövlətimizin başçısının və Mehriban xanımın diqqət və qayğısı ilə yeni məscidlər, dini ibadət ocaqları inşa, təmir və bərpa olunur.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qarabağa və Şərqi Zəngəzura bütün səfərlərində məscidlərə gedir, dualar edirlər. Onlar məscidlərə müqəddəs kitabımız olan “Qurani-Kərim” hədiyyə edirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov söyləyib.

Deputat vurğulayıb ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə məscidlərin tikintisi ilə bağlı böyük işlər həyata keçirilir. Şuşa və Zəngilan məscidləri fond tərəfindən təmir və bərpa olunur. Eyni zamanda bu işlər Şuşada və digər ərazilərdə də aparılır. Həmçinin Daşaltıda, Hadrutda, Suqovuşanda bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə yeni məscidlər inşa olunur. Təkcə azad olunmuş bölgələrdə yox, Bakıda, Şamaxıda bu işlərin yüksək səviyyədə həyata keçirildiyini görürük.

“Son illər Bakıda Bibiheybət, Təzə Pir, Şamaxı Cümə məscidlərində də yüksək abadlıq, quruculuq işləri həyata keçirilib. Bu məscidlər bu gün Azərbaycana gələn bütün qonaqları heyran edir. Bu yerlər Azərbaycanda İslam dünyasının gözəl, füsunkar ibadət yerlərindən birinə çevrilib. Eyni zamanda, Prezident İlham Əliyevin din sahəsinə böyük diqqət və qayğısının göstəricilərindən biri də Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır. Prezident İlham Əliyev bir müddət bundan əvvəl institutun yeni binasının açılışında iştirak etdi. Bölgənin aparıcı ali dini təhsil müəssisələrindən biri olan Azərbaycan İlahiyyat İnstitutu milli kadrlar hazırlayır və bu istiqamətdə mühüm addımlar atır”, - deyə Ceyhun Məmmədov diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, Azərbaycanda təkcə müsəlman dini abidələrinə deyil, digər dinlərin də dini ibadət yerlərinə yüksək diqqət və qayğı göstərilir: “Qeyd olunanlara əsasən tam əminliklə söyləyə bilərik ki, bu gün ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğı var. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın əsas tolerantlıq və mutlikulturalizm mərkəzlərindən birinə çevrilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.