MƏDƏNİYYƏT


Ceyms Bond haqqında yeni filmin çəkilişləri aktyorun aldığı zədə səbəbindən dayandırılıb

Bakı, 15 may, AZƏRTAC

Ceyms Bond haqqında filminin 25-ci hissəsinin çəkilişləri agent 007 rolunu canlandıran Deniel Kreyqin aldığı zədə səbəbindən dayandırılıb.

AZƏRTAC xəbər verir ki, “The Sun” qəzetinin verdiyi məlumata görə, aktyor Yamaykada qaçarkən ayağı burxulub. Bu səbəbdən D.Kreyq həkim müayinəsindən keçmək üçün ABŞ-a yola düşüb. Nəticədə filmin çəkiliş cədvəlində ləngimələr baş verib.

Qeyd edək ki, Deniel Kreyq sözügedən filmin son dörd seriyasında rol alıb. Ondan əvvəl agent 007 rolunu Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Timoti Dalton və Pirs Brosnan oynayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.