İDMAN


Ceyms Milner İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb

Bakı, 26 aprel, AZƏRTAC

“Liverpul”un futbolçusu Ceyms Milner İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, Milner “Nyukasl”la qarşılaşmaya (1:1) sonradan çıxıb. Yarımmüdafiəçi Premyer Liqada 159-cu dəfə matça ehtiyatdan daxil olub. Bu, turnirin tarixində mütləq rekorddur.

Milner Piter Krauça məxsus göstəricini arxada qoyub. O, 158 dəfə meydana sonradan daxil olmağı bacarıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.