MƏDƏNİYYƏT
Ceyn Kempion “Köpəyin hökmranlığı" filminə görə növbəti heykəlciyini qazanıb VİDEO
Bakı, 28 mart, AZƏRTAC
Ceyn Kempion "Köpəyin hökmranlığı" filminə görə “Oskar” mərasimində “Ən yaxşı rejissor” mükafatını qazanıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə 94-cü Amerika Kino Sənəti Akademiyasının mükafatlandırma mərasimində bildirilib. Mərasim “ABC” telekanalı vasitəsilə canlı yayımlanıb.
Film Amerika yazıçısı Tomas Savicin 1967-ci ildə yazdığı eyniadlı romanı əsasında çəkilib. Ekran əsəri əvvəllər “Ən yaxşı dram filmi” üzrə Qızıl Qlobus mükafatını alıb, həmçinin Britaniya Film və Televiziya Sənəti Akademiyasının (BAFTA) “Ən yaxşı film” mükafatına layiq görülüb.
Qeyd edək ki, Kempion daha əvvəl "Piano" (The Piano, 1992) filminə görə 1994-cü ildə “Ən yaxşı orijinal ssenari” nominasiyası üzrə “Oskar” alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]