CƏMİYYƏT


Cəzaçəkmə müəssisələrində peşə hazırlığı kurslarının təşkilinə başlanılıb

Bakı, 15 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına əsasən, cari il üçün penitensiar müəssisələrdəki peşə tədrisi bazalarında peşə hazırlığı kurslarının təşkilinə başlanılıb.

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk peşə kursları Salyan rayonunda yerləşən cəzaçəkmə müəssisəsində dülgər-xarrat, təmirçi çilingər peşələri üzrə təşkil edilib. Peşə kurslarına cəzaçəkmə müddətinin başa çatmasına az qalmış 28 nəfər cəlb olunub. Üçaylıq kursları müvəfəqiyyətlə bitirənlərə peşə sertifikatları veriləcək.

Ötən il penitensiar müəssisələrdə təşkil edilən peşə hazırlığı kurslarına 239 nəfər cəlb olunub. Onlardan 60-ı qadın, 179 nəfəri kişi olub. Kurslara cəlb olunanların 30 nəfərini yetkinlik yaşına çatmayan şəxslər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.