CƏMİYYƏT


Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilib

Bakı, 13 dekabr, AZƏRTAC 

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2019-cu il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli təşkili, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitə əməkdaşlarının məhkumlarla növbəti görüşü 16 və 17 saylı cəzaçəkmə müəssisələrində təşkil olunub.

“Dini ekstremizmə aparan yol, fanatizm və radikalizm, radikal dini qrupların psixoloji təsir metodları” mövzusunda keçirilmiş seminar-treninqlərdə məhkumlarla geniş müzakirə aparılıb, onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.