CƏMİYYƏT


Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 9 avqust, AZƏRTAC

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 177.2.3-cü və 67.1-ci maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rəsulov Taleh Çingiz oğlu ilə qısamüddətli görüşə gəlmiş dayısı Sabirabad rayon sakini Qələndərov Pərviz Əhməd oğlunun üzərinə baxış keçirilib. Baxış zamanı onun cibində gizlədilmiş bükülünün içərisində 0,168 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.