CƏMİYYƏT
Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb
Bakı, 5 iyul, AZƏRTAC
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.1-ci, 93.1.2-ci və 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilov Elmir Kamil oğlunun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Salyan rayon sakini Xəlilova Gülnarə Məhərrəm qızının gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman qadının saçında xüsusi üsulla gizlətdiyi sellofan bükülüdə 2,113 qram tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.