CƏMİYYƏT


Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Bakı, 29 aprel, AZƏRTAC

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il iki ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xuran Xeyrulla Aydın oğluna qohumu Bakı şəhər sakini Səlimxanov Araz Zeynal oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan qozun içərisində xüsusi üsulla gizlədilmiş iki ədəd sellofan bükülüdə ümumi çəkisi 0,608 qram olan heroin və ümumi çəkisi 0,262 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.