İDMAN


“Champions Chess Tour”: Şahmatçılarımız birinci turda məğlub olublar

Bakı, 26 sentyabr, AZƏRTAC

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin birinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

Birinci turda Ş.Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. Qarşılaşma şahmatçımızın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

T.Rəcəbov isə Vladislav Artemyevlə mübarizə aparıb. Dörd partiyanın hamısı bərabərliklə başa çatdığı üçün tay-breyk oynanılıb. Teymur Rəcəbov burada rəqibinə 0,5:1,5 hesabla məğlub olub.

Qeyd edək ki, hər matçda dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 000 ABŞ dollarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.