DÜNYA


“Chanel” moda evinin baş dizayneri vəzifəsini Vircini Viar tutacaq

Bakı, 19 fevral, AZƏRTAC

Əfsanəvi modelyer Karl Lagerfeldin ölümündən sonra “Chanel” moda evinin baş dizayneri vəzifəsini fransız Vircini Viar tutacaq.

AZƏRTAC “Libération” qəzetinə istinadla xəbər verir ki, Vircini Viar studiya direktoru və 30 il ərzində Karl Lagerfeldin ən yaxın tərəfdaşı olub. O, “Channel”in ortağı Alen Verteymer tərəfindən kolleksiyaların yaradılması üzərində işlərin təmin edilməsi, həmçinin Qabriel Şanel və Karl Lagerfeld irsinin qorunması üçün seçilib. Qəzet qeyd edir ki, Viar faktiki olaraq Lagerfeldin sağ əli idi.

Xatırladaq ki, fransız moda evi “Channel”in alman dizayneri Karl Lagerfeld fevralın 19-da 85 yaşında vəfat edib. Modelyer öz adına yaratdığı brendlə bərabər, “Fendi” moda evi üçün də kolleksiyalar hazırlayırdı. O və İv-Sen-Loran Fransanın sonuncu iki ən böyük modelyeri hesab olunurdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.