SİYASƏT


“China Daily” qəzeti AZƏRTAC-ın xəbərlərini yaymaqda davam edir

Pekin, 2 noyabr, AZƏRTAC

Azərbaycan haqqında həqiqətlərin, ölkəmizin bütün sahələrdə inkişafına dair informasiyaların dünyada yayılması AZƏRTAC-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Azərbaycan dili ilə yanaşı, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində xəbərlər yayan agentliyin xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığı ölkəmiz haqqında xəbərlərin daha geniş müstəvidə yayılmasına imkan yaradır. Elə Çinin böyük auditoriyaya sahib “China Daily” qəzeti il qurulan əməkdaşlıq təkcə Çində deyil, eləcə də qəzetin ingilis dili versiyası vasitəsilə bütün dünyada AZƏRTAC-ın xəbərlərinin oxunmasına imkan yaradır.

Noyabrın 2-də “China Daily”nin saytında AZƏRTAC-ın Çinin Xefey şəhərindəki Anxoy Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılışına dair geniş xəbəri və fotosu yerləşdirilib. Xəbərdə Bakı Dövlət və Anxoy universitetlərinin 2011-ci ildən başlayan əməkdaşlığı sayəsində fəaliyyətə başlayan Mərkəzin Azərbaycan xalqının zəngin mədəni irsinin, tolerantlıq, multikulturalizm dəyərlərinin təbliğində vacib rol oynayacağı vurğulanır. Xəbərdə bundan başqa, Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun fəaliyyətindən söz açılır. Qeyd olunur ki, Bakı Dövlət Universiteti ilə Anxoy Universiteti arasında faydalı əməkdaşlıq bu ali təhsil ocaqlarının “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsinə verdikləri töhfədir.

Qeyd edək ki, AZƏRTAC ilə “China Daily” qəzeti arasında əməkdaşlığa dair razılıq agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün bu ilin iyununda Pekinə səfəri çərçivəsində qəzetin rəhbərliyi ilə görüşündə əldə edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.