MƏDƏNİYYƏT


“China Daily” qəzeti oxucularını Naftalan nefti haqqında məlumatlandırıb

Pekin, 14 aprel, AZƏRTAC

Təkcə Çində deyil, dünyada da xeyli nüfuza malik "China Daily" qəzeti oxucularını Naftalan nefti haqqında məlumatlandırıb.

AZƏRTAC xəbər verir ki, "Azərbaycanda neft xəstəliklərə dərman kimi təqdim edilir" adlı məqalədə dünyada nadir olan Naftalan neftinin müalicəvi əhəmiyyətindən bəhs olunur.

Qeyd olunur ki, geniş neft ehtiyatları XIX əsrin ortalarında kəşf olunan Azərbaycan dünyada neft satışı ilə məşğul olan ilk ölkələrdən biridir. Hazırda da neft Azərbaycanın ixracında əsas yeri tutur. Amma Naftalanda tapılan neft ixrac üçün uyğun deyil. Bu neftdən əzələ, dəri, sümük, həmçinin ginekoloji və nevroloji xəstəliklərin müalicəsində də istifadə olunur.

Məqalədə neft ilə müalicə olunmaq üçün Naftalana gələn əcnəbilərin və yerli sakinlərin fikirlərinə istinadla qeyd olunur ki, polartirit, artirit xəstəliklərindən əziyyət çəkən insanlar burada şəfa tapa bilirlər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.