DÜNYA


Ciddi təhlükəsizlik rejiminin tətbiqi Honkonq aeroportunda uzun növbələr yaradıb

Bakı, 17 avqust, AZƏRTAC

Honkonq aeroportunda gücləndirilmiş təhlükəsizlik tədbirləri və yoxlamalar səbəbindən uzun növbələr yaranıb.

AZƏRTAC yerli telekanallara istinadla xəbər verir ki, terminala xüsusi buraxılış rejiminin tətbiqi aeroport binasının girişində çoxsaylı insanların toplaşmasına və sərnişinlərin narahatlığına səbəb olub. Sərnişinlərə aeroporta uçuş vaxtına azı üç saat qalmış gəlmək tövsiyə edilir. Aeroport administrasiyası təhlükəsizlik mülahizələrinə əsasən avqustun 14-də axşamdan başlayaraq uçuş və gəliş zallarına girişi ciddi şəkildə məhdudlaşdırıb. Terminala yalnız bileti olan sərnişinlər buraxılır.

Məlumata görə, sosial şəbəkələrdə etiraz aksiyası iştirakçılarını aeroporta gəlməyə səsləyən çağırışlar fonunda şənbə günü təhlükəsizlik tədbirləri və yoxlamalar daha da gücləndirilib.

Ötən həftənin axırında Bankonq aeroportunu kütləvi nümayişlər bürümüşdü. Nümayişçilər əvvəlcə gəliş zalına daxil olmuş, lakin sərnişinlərin qeydiyyatına maneçilik törətməmişdilər. Bazar ertəsi və çərşənbə axşamı günləri isə etirazçıların uçuş zalını blokadaya alması yüzədək reysin ləğvi ilə nəticələnmişdi. Polis onları dağıtmaq üçün gözyaşardıcı qaza və dəyənəklərə əl atmalı olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.