MƏDƏNİYYƏT


Cillian Anderson “Tac” serialında Marqaret Tetçeri canlandıracaq

Bakı, 22 yanvar, AZƏRTAC

Amerikalı aktrisa Cillian Anderson “Tac” serialında Böyük Britaniyanın 71-ci Baş naziri Marqaret Tetçerin obrazını canlandıracaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 50 yaşlı Anderson 1979-cu ildən 1990-cı ilədək – 11 il Baş nazir vəzifəsində fəaliyyət göstərmiş “dəmir ledi”nin rolunu ifa edəcək. Həmçinin bildirilir ki, Anderson “Tac” serialının bu yay çəkilişlərinə başlanılacaq dördüncü mövsümündə iştirak edəcək. Mövsümün ekranlara çıxarılması 2020-ci ilə planlaşdırılıb.

Cillian Anderson “Məxfi materiallar” serialında Federal Kəşfiyyat Bürosunun agenti Dana Skalli rolu ilə daha çox tanınıb. O, “Emmy” və “Qızıl qlobus” mükafatlarının sahibidir.

“Tac” serialında kraliça II Elizabetin 1947-ci ildə keçirilən toy mərasimi anından başlayaraq həyatından danışılır. İlk iki mövsümdə kraliçanın rolunu aktrisa Kler Foy, üçüncü və dördüncü mövsümlərdə isə baş rolu Oliviya Kolman canlandıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.