SİYASƏT


Cin Baderşnayder: Cənub Qaz Dəhlizinin açılması Avropa üçün çox strateji yüksəlişdir

Cin Baderşnayder: Cənub Qaz Dəhlizinin açılması Avropa üçün çox strateji yüksəlişdir

Bakı, 10 mart, AZƏRTAC

X Qlobal Bakı Forumu çox unikaldır. Bu Forumda müxtəlif fikirlər səslənir və müzakirələr aparılır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Köləliyin müasir formalarının aradan qaldırılması üçün Qlobal Fondun İdarə Heyətinin sədri, "Exxon Mobile" şirkətinin keçmiş vitse-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Cin Baderşnayder söyləyib.

Azərbaycanın ərazi baxımından kiçik ölkə olmasına baxmayaraq, son bir neçə ildə Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verdiyini vurğulayan C.Baderşnayder deyib: “Azərbaycan bir neçə ölkəyə - Bolqarıstana, Rumıniyaya qaz ixracını artırıb. Cənub Qaz Dəhlizinin açılması Avropa üçün çox strateji yüksəlişdir. Bu, enerji təhlükəsizliyinə böyük töhfədir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.