CƏMİYYƏT


Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 38 nəfər tutulub

Bakı, 7 oktyabr, AZƏRTAC

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 100 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 38 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli iki fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən iyirmi nəfər tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.