CƏMİYYƏT
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 44 nəfər tutulub
Bakı, 26 yanvar, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 84 cinayət faktından 33-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 44 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 9 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər tutulub.