CƏMİYYƏT
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan beş nəfər tutulub
Bakı, 23 yanvar, AZƏRTAC
Polis əməkdaşları tərəfindən axtarışda olan beş nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Abbas Hətəmov saxlanılıb.
Eyni zamanda, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rəfail Əliyev isə Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Qəbələ RPŞ və İsmayıllı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə axtarışda olan Mais Mücidov saxlanılıb.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları isə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Məhəmməd Muradovu və Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Zaur Əliyevi tutublar.