DÜNYA


Cinayətkarları yaxalayan “ağıllı eynək”

Bakı, 14 mart, AZƏRTAC

Çin polisləri cinayətkarları tutmaq üçün “ağıllı” eynəklərdən istifadə edirlər.

AZƏRTAC billionnews.ru saytına istinadla xəbər verir ki, bu eynəklər vasitəsilə şəkil, video çəkmək və digər funksiyaları yerinə yetirmək mümkündür. Eynəyin başlıca funksiyalarından biri də insanların sənədlərinin yoxlanılması məqsədilə üzdən tanınması texnologiyasıdır. Belə ki, eynəkdən gələn informasiya “Android” sistemi ilə işləyən smartfona bənzər qurğuya ötürülür.

Maraqlıdır ki, bir ay ərzində bu eynəklərin köməyi ilə saxta sənəd gəzdirən 26 nəfər aşkarlanıb, axtarışda olan 7 cani tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.