ELM VƏ TƏHSİL
Cisimlərin yükdaşıma qabiliyyətinə ətraf təsirin statika və dinamika məsələləri öyrənilir
Bakı, 7 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində “Konstruksiya elementlərinin və cisimlərin yükdaşıma qabiliyyətlərinə ətraf təsirin statika və dinamika məsələləri” mövzusunda onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının dosenti Yusif Sevdimalıyev məruzə edib. Məruzədə tədqiqat obyekti olaraq üçlaylı sferanın qeyri-ideal kontakt şərtlərində dinamika məsələsinə baxılıb və sərbəst rəqslərin tezliyin kontakt şərtlərindən asılılığının analizi aparılıb.
Seminar BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov, professorlar Əli Əhmədov, Nizaməddin İsgəndərov, Ziyatxan Əliyev, Hamlet Quliyev, Yaşar Mehrəliyev və başqalarının sual və çıxışları ilə davam etdirilib.