İDMAN


Ciu-citsu üzrə “Avrasiya Kuboku” turnirinin qalibləri müəyyənləşib

Bakı, 9 dekabr, AZƏRTAC

Avrasiya Kombat Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin zalında növbəti beynəlxalq turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Avrasiya Kuboku” adı altında keçirilən yarışda Azərbaycan, Rusiya, İran, Belarus və Gürcüstandan olan idmançılar güclərini sınayıblar.

Yüzdən çox idmançının iştirak etdiyi və beynəlxalq qaydalar əsasında təşkil olunan turnir ful-kontakt və klouz-kontakt versiyaları üzrə uşaqlar, yeniyetmə və gənclər arasında müxtəlif çəki dərəcələrində keçirilib.

Açılış sözü ilə çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov ilk olaraq turnirdə iştirak edən idmançıları salamlayıb və onlara müvəffəqiyyətlər arzulayıb.

Çıxışının davamı olaraq o Avrasiya Kombat Ciu-Citsu Federasiyasının il ərzində Azərbaycanda və beynəlxalq müstəvidə gördüyü işlərlə bağlı qonaqlara məlumat verib. Bildirib ki, gördüyümüz işlərin bir çoxu Azərbaycan Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının bəhrəsidir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün beynəlxalq təşkilatın mərkəzi Azərbaycanda yerləşir. Biz əlimizdən gəldiyi qədər bu siyasətin layiqli davamçıları olmağa çalışırıq.

Sonra açılış mərasimində yarışın baş hakimi, Dünya Kombat Ciu-Citsu Federasiyasının Hakimlər Kollegiyasının sədri, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, Əməkdar məşqçi Rəsul Məmmədov çıxış edib. İdmanın bu növünün ölkəmizdə günü-gündən inkişaf etdiyini deyən R.Məmmədov bu yolda bundan sonra da əlindən gələni edəcəyini vurğulayıb.

Çıxışlardan sonra yarışa start verilib və idmançılar öz güclərini sınayıblar. Turnirdə müvəffəqiyyət əldə etmiş idmançıların sayına görə Azərbaycan birinci yeri tutub. Belarus yarışı ikinci, Gürcüstan isə üçüncü pillədə başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.