İDMAN


Ciu-citsuçularımız Əbu-Dabi şəhərində beynəlxalq turnirdə iştirak edəcəklər

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan Ciu-citsu Federasiyasının və Braziliya Ciu-citsu Departamentinin üzvləri, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Abu-Dhabı World Jıu Jıtsu Championship” yarışında iştirak edəcəklər.

Azərbaycan Ciu-citsu Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yığma komandamız bu yarışa geniş heyətlə qatılacaq. Yarışda ölkəmizi Əhməd Babayev, Nuru Daşdəmirov, Ayaz Süleymanov, Vüqar Tağıyev, Mehman Fətəliyev, Həsən Novruzov, İrfan Əfəndiyev, Rəşad Rzayev, Fərhad İbrahimov, Elnur Süleymanov, Vüsal Eynullayev və Çingiz Mehdiyev təmsil edəcəklər.

Qeyd edək ki, idmançılarımız Braziliya Ciu-citsu Departamentinin direktoru Azər Beydullayevin rəhbərliyi ilə mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.