ELM VƏ TƏHSİL


“Clarivate Analytics (Thomson Reuters)” agentliyi maarifləndirici seminar keçirib

Bakı, 11 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə “Clarivate Analytics (Thomson Reuters)” agentliyinin “Web of Science” Məlumat Platformasından istifadənin təkmilləşdirilməsinə dair maarifləndirici seminar keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Seminarda agentliyin eksperti Valeriya Kurmakayeva “Elmi məqalən üçün ən yaxşı jurnalı necə seçməli və yırtıcı jurnallardan necə qaçmalı” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində “Web of Science” platformasının axtarış imkanları”, “Keyfiyyətli jurnalı yırtıcı jurnallardan necə ayırmalı?”, “Beynəlxalq jurnalların tələbləri və ona uyğun məqalə yazmaq”, “Məqalələrin dəqiq xülasəsinin hazırlanması” və “Köməkçi vasitələrdən istifadə (EndNote)” barədə danışıb.

Platformada tədqiqatçı profilinin yaradılmasının önəminə toxunan V.Kurmakayeva bu cür profillərin peşəkar akademik cəmiyyətə inteqrasiya üçün önəmli vasitə olduğunu və istifadəçilərə bir çox imkanların təmin edildiyini söyləyib.

Ekspert son illərdə dünyada alimləri aldatmaq və pullarını mənimsəmək məqsədilə “yırtıcı jurnallar”ın üzə çıxdığını vurğulayıb. Bildirib ki, bu tip nəşrlər göndərilən məqalələri tez bir zamanda dərc edir, məqaləyə dair resenziyanı qısa müddətdə verir və ödənişi dərhal tələb edirlər. Bundan əlavə, sözügedən nəşrlərin kollegiya heyəti haqqında heç bir məlumat alimlərə təqdim olunmur. V.Kurmakayeva “Web of Science” platformasında nüfuzlu və impakt faktorlu jurnalların olduğunu deyib, alimləri bu məsələdə diqqətli olmağa çağırıb.

O, daha sonra iştirakçıları maraqlandıran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.