ELM VƏ TƏHSİL


“Clarivate Analytics” şirkəti online seminarlara başlayıb

Bakı, 20 iyun, AZƏRTAC

“Clarivate Analytics” şirkəti tərəfindən elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunan növbəti silsilə online seminarlara başlanılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, seminarlarda məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində informasiya resurslarının funksiyaları, elm sahələri üzrə ən nüfuzlu və uyğun jurnalların axtarılıb tapılması, beynəlxalq elmi jurnallarda nəşrolunma prinsip və tələbləri, “yırtıcı” jurnallardan qorunmağın yolları”, elmi təşkilatların akademik fəaliyyətini və səmərəliliyini qiymətləndirmək mexanizmləri və digər aktual məsələlərə toxunulacaq.

İyunun 28-dək davam edəcək seminarlar ödənişsizdir və rus dilində aparılır. İştirakçılara sertifikat veriləcək.

Növbəti online seminarlar oktyabr-noyabr aylarında keçiriləcək.

Seminarlar üçün qeydiyyatdan keçmək vacibdir. Qeydiyyata dair videotəlimat, həmçinin əlavə məlumatları http://info.clarivate.com/rcis_webinars_schedule  keçidindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.