CƏMİYYƏT


Co Bayden G7 görüşündə COVAX proqramına 4 milyard dollar ayırmağı vəd edəcək

Bakı, 19 fevral, AZƏRTAC

ABŞ Prezidenti Co Bayden COVAX beynəlxalq təşəbbüsünün dəstəklənməsinə dərhal 2 milyard dollar ayırmaq niyyətindədir və fevralın 19-da keçiriləcək “Yeddilər qrupu” dövlətlərinin (G7) liderlərinin videokonfransında bu addımı açıqlamağı planlaşdırır. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb.

Qalan 2 milyard dollar, ölkələr öhdəliklərini yerinə yetirməyə başlayandan sonra iki il ərzində ayrılacaq.

COVAX proqramının maliyyələşdirilməsi artıq Konqres tərəfindən bəyənilib.

COVAX, maliyyə cəhətdən imkanları daha zəif olan dövlətlər tərəfindən koronavirus əleyhinə vaksinlərin əldə edilməsinə yardım etmək məqsədi daşıyan Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində beynəlxalq bir mexanizmdir, bu proqramda, Azərbaycan da daxil olmaqla 190 ölkə iştirak edir. Proqramın şərtlərinə görə, yüksək gəlir səviyyəsi olan ölkələr vaksinlərin alınmasını maliyyələşdirir və bununla da bu sahədəki maliyyələşdirilən dövlətlərə subsidiya verirlər. Daha əvvəl açıqlanmış planlara görə, mexanizm çərçivəsində 2021-ci ilin sonuna qədər 2 milyard doza vaksin istehsal edilərək bütün dünya üzrə bərabər paylanmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.