Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cocuq Mərcanlı: işğaldan azad olunmuş qəsəbədə ilk dərs günü VİDEO

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cocuq Mərcanlıda 24 ildən sonra ilk dərs gününü tarixi hadisə adlandırıb

Cəbrayıl, 15 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb.

AZƏRTAC xəbər verir ki, Bilik günü münasibətilə Cocuq Mərcanlı kənd tam orta məktəbində keçirilən mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Təhsil Nazirliyinin, Cəbrayıl və Xocavənd Rayon İcra hakimiyyətlərinin məsul işçiləri, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin, Gəncliyə Yardım Fondunun və ictimaiyyətin nümayəndələri, qəsəbə sakinləri, müvafiq inşaat təşkilatlarının rəhbərləri, valideynlər və iş adamları iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən əvvəl məktəbin bayramsayağı bəzədilmiş həyətində Cəbrayıl Rayon Mədəniyyət İdarəsinin hazırladığı bədii proqram nümayiş olunub.

Azərbaycanın dövlət himni ilə başlayan mərasimi məktəbin direktoru Zamin Həziyev açaraq bildirib ki, şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində 60-a yaxın şagirdin təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olacaq. Bilik günü ərəfəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Bilik Fondu, Gəncliyə Yardım Fondu, “Təkamül və İnteqrasiya” İctimai Birliyi, Bakı tikiş evi tərəfindən məktəbə və şagirdlərə dərsliklər, metodiki vasitələr, bədii kitablar, məktəbli geyimləri, idman formaları, dərs ləvazimatları verilib.

Mərasimdə çıxış edən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Genç, Təhsil Nazirliyinin nümayəndəsi Aydın Əhmədov və başqaları əlamətdar gün münasibətilə Cocuq Mərcanlı sakinlərini, məktəbin kollektivini təbrik edib, şagirdlərə yaxşı oxumağı tövsiyə edərək, gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və layiqli vətəndaşlar kimi yetişmələrini arzulayıblar.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da müəllim və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Bildirib ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı zamanı azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması mövcud təhlükəni də aradan qaldırdı. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən kənddə birinci mərhələdə 50 yaşayış evi, məktəb, Şuşadakı məscidin bənzəri tikilərək sakinlərin istifadəsinə verildi.

Qeyd edilib ki, Cocuq Mərcanlı işğal olunanda doğma kəndi tərk etməyə məcbur olan Oqtay Həziyevin ailəsi dədə-baba yurdları azad edilən kimi geri qayıtdı. 23 il ailə üzvləri ilə birgə doğma kəndində yaşayaraq, vətəndaşlıq nümunəsi, torpağa, Vətənə, dövlətə bağlılıq nümunəsi göstərdi. Prezident İlham Əliyev qəsəbənin açılışında iştirak edən zaman O.Həziyevin ailə üzvləri ilə görüşdü və ona 1-ci dərəcəli “Əmək” ordenini təqdim etdi.

Prezidentin Cocuq Mərcanlıya səfərindən danışan Ə.Həsənov xatırladıb ki, dövlətimizin başçısı məktəbə gələrək burada hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşdü. Cocuq Mərcanlı kəndindən olan kursant Prezidentə raport verdi. Bu zaman Prezident İlham Əliyev böyük sevinc hissi keçirirdi. Görürdü ki, müasir Azərbaycan gəncliyi çox yüksək hərbi vətənpərvərlik ruhundadır. Qürur hissi keçirir və bir daha əmin olurdu ki, bu gənclər onun göstərişi ilə istənilən an işğal altındakı torpaqları azad etmək iqtidarındadırlar.

Səfər zamanı Prezident şəxsi təşəbbüsü ilə tikilən Şuşa məscidinin bənzəri olan məscid ilə tanış oldu. Bütün dünyaya mesaj verdi ki, Azərbaycan xalqı öz dininə, adət ənənəsinə çox sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək hazırda işğal altında olan məscidləri də bərpa ediləcək.

Ə.Həsənov Cocuq Mərcanlıda 24 ildən sonra ilk dərs gününü mühüm tarixi hadisə adlandırıb. Bildirib ki, ümumilikdə Cocuq Mərcanlı Azərbaycan tarixində şanlı bir səhifədir. Əgər son 200 ilə nəzər salsaq görərik ki, bizim torpaqlar daim işğal olunub. Bu müddətdə ilk dəfədir ki, işğal olunmuş torpaqlar azad olunmağa başlayıb. Prezidentin tapşırığı ilə xarici ölkə səfirlərinin, mətbuat orqanlarının nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil edildi. Bütün dünya bir ildir Cocuq Mərcanlıdan danışır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə bu tarixi yazdı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu tarixin yazılması layiqincə davam etdirirlər. Prezidentin tapşırığı ilə Cocuq Mərcanlı haqqında kitab və film hazırlanıb. Yaxın günlərdə təqdimatı olacaq. Bu istiqamətdə işlər davam edəcək.

Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə maksimum diqqət və qayğı göstərir. Tədbirdə söz alan kənd ağsaqqalı Fazil Aslanov və məktəbin müəllimi Səidə Quliyeva bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim edilib.

İyirmi dörd ildən sonra Cocuq Mərcanlı məktəbində çalınan ilk zəngin sədaları altında əllərində gül-çiçək dəstələri olan şagirdlər sinif otaqlarına üz tutublar.

Mərasimdə iştirak edən qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olublar.

Xatırladaq ki, təhsil nazirinin əmrinə əsasən builki tədris ilində ilk dərs məşğələsi “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edilib.

Cocuq Mərcanlı: işğaldan azad olunmuş qəsəbədə ilk dərs günü VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb