CƏMİYYƏT


Cocuq Mərcanlı kəndində şagirdlərə Azərbaycanın ekoloji vəziyyəti haqqında məlumat verilib

Bakı, 18 aprel, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəhbərliyi və əməkdaşlarından ibarət nümayəndə heyəti Ekoloji Bilik Günü çərçivəsində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin nümayəndə heyəti əvvəlcə “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüşən nazirliyin nümayəndələri gətirdikləri ekoloji təbliğat vasitələrini, eyni zamanda, kağız, məişət və plastik tullantıların çeşidlənməsi məqsədilə hazırlanmış qutu və konteynerləri məktəbə hədiyyə ediblər.

Daha sonra ETSN-in nümayəndələri Umayra Tağıyeva və Hikmət Əlizadə şagirdlərə ölkəmizin ekoloji vəziyyəti, iqlimi, hava proqnozlarının hazırlanması, Azərbaycanın flora və faunası, milli parklar və qoruqlarla bağlı dərs keçib, məlumatlandırıcı səmimi söhbət aparıb və məktəblilərdə təbiətə qayğıkeş münasibətin formalaşması məqsədilə tövsiyələr veriblər.

Nümayəndə heyətinin səfəri Cocuq Mərcanlı kəndindəki sosial obyektlərlə tanışlıqla davam edib.

Daha sonra xüsusi ayrılmış ərazidə ağacəkmə aksiyası keçirilib və nazirliyin tinglik sahələrində yetişdirilmiş meyvə ağacları əkilib.

Qeyd edək ki, Ekoloji Bilik Günü çərçivəsində nazirliyin nümayəndələrinin növbəti görüşü Ağcabədi rayonunda olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.