ELM VƏ TƏHSİL
Cocuq Mərcanlı məktəbliləri Çin haqqında biliklərini sınayıblar
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Cocuq Mərcanlı kənd tam orta məktəbinin 7-ci və 8-ci sinif şagirdləri arasında “Çin haqqında nə bilirik” mövzusunda viktorina təşkil ediblər.
ADU-dan AZƏRTAC-a bildirilib ki, təcrübəçi müəllimlər Nicat Aşurov və Aysel Salmanovanın aparıcılıq etdiyi bilik yarışında məktəbin “Cocuq” və “Mərcanlı” komandaları 20 sualı cavablandırıb.
Məktəbin direktoru Zamin Həziyev, təcrübə rəhbəri Anar Rəhimov və təcrübəçi tələbələrdən ibarət münsiflər heyəti Çin haqqında daha dərin bilik və məlumata sahib olduğuna görə “Cocuq” komandasını qalib elan edib.